Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib.
7times.az xəbər verir ki, bu haqda dövlət başçısının tvitter hesabında məlumat paylaşılıb.
Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib.
Dövlət başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.
Follow @7timesaz