Noyabrın 10-da Türkiyə müdafiə naziri Hulusi Akar, Quru Qoşunları komandanı ordu-generalı Ümit Dündar və Hərbi Hava Qüvvələri komandanı ordu-generalı Hasan Küçükakyüz Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsinə gələrək görüş keçiriblər.
7times.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan müdafiə naziri Zakir Həsənov tərəfindən qarşılanan Akar nazirlikdə Azərbaycan Ordusunu öz torpaqlarını işğaldan xilas etməsinə görə təbrik edib.
Follow @7timesaz