Aktual

Terrorçuluğa çağırışlar edən ermənilərlə bağlı cinayət işi açılıb

Terrorçuluğa çağırışlar edən ermənilərlə bağlı cinayət işi açılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə ərazisində ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat, terror aktı və digər cinayətkar əməllərin törədilməsinə cəhdlərin qarşısının alınması, habelə bu tipli əməllərə yol vermiş şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

7times.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Həyata keçirilən kompleks tədbirlərin davamı kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla bəzi internet resurslarında terrorçuluğa açıq çağırışların edilməsi ilə bağlı ayrı-ayrı faktlar təhlil edilib.

Araşdırmalarla Ermənistan Respublikasının vətəndaşı,  işğalçı ölkənin «Demokratiya naminə Tərəfdaşlıq» Mərkəzinin sədri, habelə “Erməni dinləri” veb-saytının redaktoru Stepan Daniyelyan və erməni tarixçi, publisist, Ermənistan Milli Elmlər Akademiyası nəzdindəki “Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktoru, İrəvan Dövlət Universitetinin müəllimi, “Prospekt” Regional və Siyasi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin üzvü Ayk Demoyanın özlərinə məxsus sosial şəbəkə və digər internet səhifələrində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, insanların həlak olması, onların sağlamlığına zərərin vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və bu kimi ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayışlar törətmək və belə hərəkətlərin törədiləcəyi hədəsi ilə müşayiət olunan terrorçuluğa açıq  çağırışlar etmələri, o cümlədən eyni məzmunlu materialları yaymaları müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.2, 214-2 (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq tərəfindən ölkə ərazisində, o cümlədən Azərbaycan Respublikasının vətəndaşlarına qarşı yönələn istənilən hüquqa zidd əməlin qarşısının alınmaqla, cinayətkar əməllərə yol vermiş şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.