Ölkə

Sülh sazişinin imzalanması hələ də mümkündür – Sahibə Qafarova

Sülh sazişinin imzalanması hələ də mümkündür – Sahibə Qafarovabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda, fevralın əvvəlində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi və bu seçkilər İlham Əliyevin böyük qələbəsi ilə nəticələndi. Bu seçkilərin əsas əhəmiyyəti ondan ibarət idi ki, onlar ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində keçirilib.

 

7Times.az  xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında bildirib.

 

“2020-ci ildə isə 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini 30 illik erməni işğalından azad edib, ərazi bütövlüyünü bərpa edib.

 

Ötən ilin sentyabrında aparılan antiterror tədbirləri nəticəsində torpaqlarımızda separatizm kökü kəsilib, Azərbaycan bütün əraziləri üzərində suverenliyini bərpa edib.

 

Bu gün Azərbaycan işğaldan azad edilmiş torpaqlarda böyük sərmayələr hesabına genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır.

 

Keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. 2026-cı ilin sonuna qədər onların sayı 140 minə çatacaq.

 

Azərbaycan da regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün çox böyük səylər göstərir. Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır. 3 ildən artıq erməni siyasi və hərbi təxribatlarından sonra sülh sazişinin imzalanması hələ də mümkündür.

 

Bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında ikitərəfli görüş olub.

 

Sülh müqaviləsi üçün danışıqlar və sərhədlərin delimitasiyası üzrə görüşlər üzrə əldə olunan razılaşmalar müsbət addım kimi qiymətləndirilə bilər”.