Siyasət

“Ermənistanın 30 ildir törətdiyi vandalizm ayrıca hesablanacaq” – Prezidentin köməkçisi

“Ermənistanın 30 ildir törətdiyi vandalizm ayrıca hesablanacaq” – Prezidentin köməkçisibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilərin 30 ilə yaxın dövrdə törətdiyi vandalizm ayrıca hesablanacaq. Əvvəllər də bu faktları qaldıranda fundamental əsasda çətinlik çəkirdik. İndi isə azad olduğu üçün bu obyektlərə dəyən ziyanı qiymətləndirə biləcəyik”.

7times.az xəbər verir ki, bunu Ermənistanın Azərbaycan ərazisinə vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, ermənilərin vurduğu ziyan qiymətləndirərkən beynəlxalq təşkilatlar da cəlb olunacaq:

“Bir sıra vətəndaşlarımız öz yaşayış yerlərini itirib. Dövlət dərhal bu prosesə diqqət göstərib. Dövlət başçısının sərəncamından irəli gələrək ermənilərin vurduğu ziyan qiymətləndirərkən özəl sektorlar da cəlb ediləcək. Müstəqil beynəlxalq təşkilatlar da cəlb olunacaq. Bu hallar qiymətləndirildikdən sonra vətəndaşlarımızın lazım olan halda evlərinin təmir olunması həyata keçiriləcək”.