Siyasət

Əliyev və Rəisinin görüşü: Bakı Körfəzə çıxır! – Video

Əliyev və Rəisinin görüşü: Bakı Körfəzə çıxır! – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranıb. Eyni zamanda Rusiyanın Ukrayna ilə müharibəyə başlaması və Qəzza savaşı bütün dünya üzrə tədarük zəncirini zədələyib. Bu fonda ölkələr idxal və ixracla bağlı bir çox problemlərlə üzləşib. Yəni daşınma marşrutları bir neçə dəfə uzanıb. Ona görə də beynəlxalq ictimaiyyət hazırda yeni nəqliyyat dəhlizlərinin, yollarının formalaşdırılması ilə maraqlanır.

Bu sözləri Axar.az-a Azərbaycan və İran prezidentlərinin Xudafərində keçiriləcək görüşü haqqında danışan enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Ekspert yeni həyata keçiriləcək layihələrlə Azərbaycanın Fars körfəzinə çıxış əldə edəcəyini vurğulayıb:

“Azərbaycanın yaratdığı geosiyasi reallıq isə yeni iqtisadi münasibətlərin, ixrac marşrutlarının və nəqliyyat dəhlizlərinin formalaşdırılmasını qaçılmaz edir. Bu baxımdan ölkəmizin Şərqi Zəngəzurdan keçən dəhliz vasitəsilə Fars körfəzinə çıxış əldə etməsi həm bizim, həm də bütün region dövlətlərinin maraqlarına cavab verir. Çünki Qırmızı dənizdə baş verən hadisələr beynəlxalq yükdaşımalarını təhdid altına alır. Bununla yanaşı, məsələ Naxçıvan baxımından da önəm daşıyır. Nəticədə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi, onun etibarlı təminatı və region ölkələri üçün ixrac yolu açılacaq”.

Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi prezidentlər İlham Əliyev və İbrahim Rəisinin Novruz bayramınadək Xudafərinə səfər edəcəyini, Xudafərin, Qız qalası hidroqovşaqları və su bəndlərinin açılış mərasimi olacağını bildirib. Musəvi Araz körpüsü üzərində keçid məntəqəsi və Ağbənd körpüsü üzərində avtomobil və dəmir yolu xəttinin tezliklə istismara verilməsi üzrə işlərin davam etdirildiyini də deyib.