İdman

İspaniya – Fransa görüşünün ən yaxşı futbolçusu bəlli olub

İspaniya – Fransa görüşünün ən yaxşı futbolçusu bəlli olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında yarımfinal oyununun (2:1) ən yaxşı futbolçusu bəlli olub.

7Times.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispanların hücumçusu Lamin Yamal görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

16 yaşlı futbolçu 21-ci dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.

Qeyd edək ki, L.Yamal həmçinin Avropa çempionatları tarixinin qol vuran ən gənc futbolçusu adını qazanıb.