Ölkə

Bu strateji ərazi də Azərbaycanın nəzarətinə keçir

Bu strateji ərazi də Azərbaycanın nəzarətinə keçirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyalar arasında razılaşmaya əsasən, Azərbaycanın nəzarətinə keçməli olan Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı körpü bu gündən artıq fəaliyyət göstərmir.

7Times.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, polis hər iki tərəfdə post qurub və hərəkəti tam məhdudlaşdırıb. Hazırda nəqliyyatın hərəkəti hərəkət Açarkut-Kirants alternativ yolu ilə həyata keçirilir.

Kənddə Azərbaycanla sərhəd divarı çəkilən ərzidə qazıntı işlərinin aparıldığı deyilir. Ehtimal olunur ki, həmin ərazidə sərhədboyu tikanlı məftillər çəkiləcək.

Xatırladaq ki, artıq bir neçə gündür dövlətlərarası yolun Azərbaycanın nəzarətinə keçəcəyinə dair məlumatlar yayılır.

Axar.az