Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan ordusunun Kəlbəcərə daxil olması münasibəti ilə paylaşım edib.
7times.az xəbər verir ki, nazirliyin “Twitter” hesabından edilən paylaşımda qeyd olunur ki, Kəlbəcər əsl sahibləri ilə görüşür:
“Qəhrəman Azərbaycan ordusu Qarabağda əldə etdiyi böyük zəfərdən sonra əldə edilən razılaşmaya əsasən Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra əsl sahibləri ilə görüşür. Şanlı Ay-Ulduzumuz indi də Azan sədaları ilə birgə Kəlbəcərdə dalğalanacaq”.
Follow @7timesazKahraman #Azerbaycan Ordusu, Karabağ’da elde ettiği büyük zafer sonrası yapılan anlaşma kapsamında Ağdam’dan sonra Kelbecer’e girdi. #Kelbecer 27 yıl sonra gerçek sahipleriyle buluşuyor. Şanlı Ayyıldızımız şimdi de Ezan sesleriyle birlikte Kelbecer’de dalgalanacak. 🇹🇷🇦🇿 pic.twitter.com/gmcojqONBZ
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 25, 2020