Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
7Times.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan dünya çempionu 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.
Rəqibini elə ilk saniyələrdə ippon fəndi ilə məğlub edən Kotsoyev 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Peter Paltçik (İsrail) – Aurelien Disse (Fransa) cütünün qalibi olacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.
Follow @7timesaz