General-leytenant Namiq İslamzadənin müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı təyin olunması rəsmiləşib.
Bu barədə 7Times.az -a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, o, bu vəzifədə Hərbi Hava Qüvvələrinin sabiq komandanı general-leytenant Ramiz Tahirovu əvəzləyib. R.Tahirov iki ay öncə yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.