Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb.
7Times.az -ın xəbərinə görə, bu barədə səfir feysbuk hesabında paylaşım edib.
Görüş MHP-nin qərargahında baş tutub.
“Türk dünyasına, türklüyünə bağlı, türk idealına bağlı olan cənab başqanla söhbətimizdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətt üzrə getməsindən məmnunluğumuzu ifadə etdik. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə strateji müttəfiq olan qardaş ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə davam etdirilməsinin vacibliyini vurğuladıq”, – səfir qeyd edib.
Follow @7timesaz