Dünya

Ermənistanla razılaşmalara sadiqik – Rusiya XİN

Ermənistanla razılaşmalara sadiqik – Rusiya XİNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanla razılaşmaların bütün spektrinə sadiqdir və hərbi-siyasi sahədə öz öhdəliklərindən imtina etmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya-Ermənistan ictimai forumunda bildirib.

“Moskva həm ikitərəfli səviyyədə, həm də Avrasiya məkanında birlik çərçivəsində bütün razılaşmalara sadiq olub və sadiq qalır. Biz müttəfiqlərimiz qarşısında, o cümlədən hərbi-siyasi sahədə öhdəliklərimizdən imtina etmirik”, – Qaluzin vurğulayıb.