Quba rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.
“7Times.az” xəbər verir ki,əvvəlki qəbullarda olduğu kimi Rayon İcra Hakimiyyətində təşkil olunmuş vətəndaşların növbəti fərdi qaydada qəbulunda hər bir vətəndaş diqqətlə dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri ətraflı şəkildə izah olunmuşdur. Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün dərhal, digər qaldırılan məsələlərlə bağlı isə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Follow @7timesaz