“Lukaşenko müharibənin ilk günlərində bizdən üzr istəyib”.
7Times.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski ABŞ-li podkaster Lex Fridmana müsahibəsində deyib.
Zelenski Rusiya-Ukrayna müharibəsinin ikinci və ya üçüncü günündə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonda danışdığını bildirib.
Lukaşenko həmin vaxt Ukrayna liderinə bunları deyib:“Bu mənim günahım deyil. Raketlər mənim ərazimdən atıldı. Amma onları işə salan Rusiya Prezidenti Vladimir Putin idi. Mənim şahidlərim var, üzr istəyirəm”.
“AzPolitika”
Follow @7timesaz