Siyasət

“Erməni yenə baş qaldırsa, dəmir yumruq onların belini qıracaq”

“Erməni yenə baş qaldırsa, dəmir yumruq onların belini qıracaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir”.

7times.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirilən Zəfər paradında deyib.

Dövlət başçısı bildirib ki, bu dəmir yumruq düşmənin belini qırdı, başını əzdi:

“Bu gün qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycan müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir də baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.