Rusiya prezidenti Vladimir Putin “Rossiya-24”ə aktual mövzularla bağlı mühüm açıqlamalar verib.
7Times.az xəbər verir ki, Putin ABŞ və Ukrayna arasında olan mübahisəli nadir torpaq sövdələşməsi ilə bağlı təəccüblü təklif edib.
“Bunun bizə aidiyyəti yoxdur. Rusiya ABŞ-a nadir torpaq elementləri sahəsində birgə işləmək imkanı təklif etməyə hazırdır. Bizdə şübhəsiz ki, bu ehtiyatlar Ukraynadan daha çoxdur. Rusiya bu nadir torpaq elementləri ehtiyatlarına görə şəksiz liderlərdən biridir”, – Putin deyib.
O, ABŞ və Rusiyanın müdafiə xərclərini azaltma ehtimalı ilə bağlı da şərh verib:
“ABŞ ilə müdafiə büdcələrinin 50 faiz azaldılması yaxşı fikirdir, Çin də istəsə sonradan qoşula bilər”.
Putin ABŞ-ın alüminium idxalına tətbiq etdiyi rüsum məsələsinə də toxunub: “ABŞ öz bazarını istehsalçılarımız üçün açmağa qərar verərsə, biz təxminən 2 milyon ton ixrac edə bilərik. Düşünürəm ki, bu, qiymət sabitliyinə müsbət təsir edəcək. Və ən əsası, Amerika şirkətləri ilə birlikdə bu sahədə birgə fəaliyyət göstərə biləcəyimizi düşünürəm”.
Putin Trampın Vladimir Zelenskini prezident seçkilərinə istiqamətləndirdiyinə diqqət çəkib: “Trampın Ukraynadakı siyasi vəziyyəti yaxşılaşdırmaq istədiyinə inanıram. Bu təşəbbüs Rusiyanın deyil, Ukraynanın xeyrinədir. Bizim Ukrayna dövlətinin qorunub saxlanmasına etirazımız yoxdur”.
Follow @7timesaz