Ölkə

Metro gecə saat 2-dək işləyəcək

Metro gecə saat 2-dək işləyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda keçiriləcək UFC Fight Night yarışı ilə əlaqədar Bakı Metropolitenin iş rejimi dəyişdiriləcək.

7Times.az xəbər verir, metro stansiyasıyalarında iş saatları iyunun 21-dən 22-nə keçən gecə stansiyalarda 2 saat uzadılacaq.

Məlumatı Bakı Metropoliteninin mətbuat xidməti yayıb.

Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 02:00-dək açıq saxlanılacaq.

Həmçinin sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün UFC Fight Night-ın təşkil olunduğu “Baku Kristal Hall”a daha yaxın yerləşən “Sahil” və “İçərişəhər” stansiyalarında ehtiyat tədbirləri görüləcək.

Qeyd edək ki, yarış zamanı 12 döyüş keçiriləcək. Əsas kartın görüşləri saat 23-də start götürəcək.

Azərbaycan idmançıları Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev məhz əsas kartda mübarizə aparacaqlar.