Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra ölkədən 5 şirkət və 94 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
7Times.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.
“Üç sanksiya paketi hazırlanıb və ilk paket artıq bu gün tətbiq edilib. Rusiya kölgə donanmasının kapitanlarına qarşı sanksiyalar – bütün bunları, bu paketləri tərəfdaşlarımızla sinxronlaşdıracağıq”, – o bildirib.
Belə ki, fiziki şəxslərin siyahısına 94 nəfər daxildir ki, onlardan 83-ü Rusiya, qalanları Banqladeş, Gürcüstan, Hindistan, İran, Çin, Myanma, Pakistan kimi ölkələrin vətəndaşlarıdır. Hüquqi şəxslərin siyahısına Rusiyanın beş şirkəti, o cümlədən “Qazpromneft Gəmiçiliyi” daxildir.
Follow @7timesaz