Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Ukraynaya planlaşdırılan səfəri ilə bağlı yayılan məlumatları təkzib edib.
“7Times.az” xəbər verir ki, Ukrayna mətbuatına açıqlama verən səfirin dediyinə görə, Kiyev belə bir səfərin təşkili üzərində işləyir, lakin hələlik səfərin təsdiqi yoxdur.
Bundan əvvəl Türkiyə mediası Türkiyə Prezidentinin Ukrayna Prezidentinin dəvəti ilə “yaxın günlərdə” Kiyevə səfər edəcəyini yazmışdı.
Follow @7timesaz