23 iyun – 3 iyul tarixlərində “Rəqəmsal Bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul olmaq üçün ikinci qeydiyyat mərhələsi başlayır.
Bu barədə 7Times.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, daha əvvəl qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməmiş və ya iştirak edib təmayül siniflərə qəbul ola bilməmiş şagirdlərin yenidən qeydiyyatı nəzərdə tutulmur.
Onlar şəxsi platformalarına daxil olaraq təkrar imtahanda iştirak edə bilərlər.
İmtahanda ilk dəfə iştirak etmək istəyən şagirdlər isə mütləq qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat linki: https://digitalskills.edu.az
Follow @7timesaz