İtaliyanın xarici işlər naziri Antonio Tayani İrandan çıxan İtaliya vətəndaşlarının Azərbaycan üzərindən ölkələrinə qayıtmasına şərait yaratdığına görə Azərbaycan hökumətinə təşəkkür edib.
7Times.az xəbər verir ki, Tayani bunu Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Azərbaycan hökuməti İrandan çıxan həmvətənlərimizin Azərbaycan üzərindən vətənə qayıtmasına şərait yaratdı. Bu, dostluğumuzun bariz nümunələrindən biridir”, – nazir bildirib.
Tayani həmçinin İtaliyanın minalardan təmizləmə sahəsində Azərbaycana dəstək göstərməyə və öz təcrübəsini bölüşməyə hazır olduğunu deyib.
Follow @7timesaz


