Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hələ uzun müddət əvvəl Azərbaycanın ərazi bütövlüyünü Qarabağ daxil olmaqla tanıyıb və bunu Rusiya prezidenti şəxsən 44 günlük müharibədən sonra təsdiqləyib.
Paşinyanın sözlərinə görə, İrəvan uzun illər hesab edirdi ki, ölkənin təhlükəsizliyi üçün əsas təminat hərbi-siyasi bloklarda üzvlük və ordunun gücü olacaq. Lakin tarixin gedişi göstərdi ki, bu “formul” nə birinci, nə də ikinci halda işləmədi.
Baş nazir həmçinin vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Ermənistan da öz ərazi bütövlüyünün tanınmasını təmin etmək istəyir: “Başqa yol yoxdur”.
Follow @7timesaz