Dünya

Tramp Yaponiyaya səfər edəcək – Tarix açıqlandı

Tramp Yaponiyaya səfər edəcək – Tarix açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp cari ilin oktyabr ayının sonunda Yaponiyaya səfər etməyi planlaşdırır.

 

7Times.az xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, səfərin dəqiq tarixləri hələlik razılaşdırılır. Gözlənilir ki, Tramp Yaponiyaya Cənubi Koreyaya yolüstü səfər edəcək. O, burada oktyabrın 31-dən noyabrın 1-dək keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak edəcək.

Bu, Trampın ikinci prezidentlik müddəti ərzində Yaponiyaya ilk səfəri olacaq. Kyodo xatırladır ki, oktyabrın sonuna qədər Yaponiyada artıq yeni baş nazir seçiləcək və istefaya gedən Siqeru İsibunu əvəz edəcək.