Dünya

G7 Rusiya aktivlərinin gəlirləri hesabına Ukraynaya 25,5 mlrd. dollar ayırıb

G7 Rusiya aktivlərinin gəlirləri hesabına Ukraynaya 25,5 mlrd. dollar ayırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük Yeddilik” (G7) ölkələri 2025-ci ildə Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına kredit sxemi çərçivəsində 25,5 milyard dollar ayırıb.

7Times.az xəbər verir ki, bu məlumat Ukrayna Maliyyə Nazirliyinin hesabatında öz əksini tapıb.

Məlumata görə, ən çox vəsaiti Avropa İttifaqı ayırıb – 15,8 milyard dollar. Kanada 3,4 milyard dollar, Yaponiya 3,3 milyard dollar, Böyük Britaniya isə 3 milyard dollar yardım göstərib.

ABŞ bu vəsaitlərin ilk hissəsini ötən ilin sonunda ayırsa da, ondan sonra Vaşinqtondan yeni maliyyə köçürməsi qeydə alınmayıb.

Bundan əvvəl, oktyabrın 3-də yayılan məlumatlara görə, dondurulmuş Rusiya aktivlərinin Ukraynanın təminatı üçün müsadirə olunacağı təqdirdə, Avropa İttifaqı ölkələri Rusiyada 266 milyard dollar məbləğində sərmayəsini itirə bilərlər. Belə ki, Aİ ölkələrinin Rusiya iqtisadiyyatına yatırdığı vəsait 238 milyard dollar, İsveçrənin 27,5 milyard dollar, Norveçin isə 43 milyon dollar təşkil edir.

APA