Dünya

Husilər BMT-nin 9 əməkdaşını saxlayıb

Husilər BMT-nin 9 əməkdaşını saxlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin “Ənsar Allah” hərəkatının yaraqlıları BMT-nin daha 9 əməkdaşını saxlayıblar.

7Times.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik məlumat verib.

“Husilər BMT-nin daha doqquz əməkdaşını saxlayıb. Bununla da 2021-ci ildən bəri özbaşına saxlanılan BMT əməkdaşlarının ümumi sayı 53-ə çatıb”, – o bildirib.

Husilər Yəməndə saxlanılan BMT əməkdaşlarını İsrailin xeyrinə casusluqda ittiham edirlər.