Siyasət

Bəzi vəzifəli şəxslər cəzalandırılıb – Müdafiə Nazirliyi

Bəzi vəzifəli şəxslər cəzalandırılıb – Müdafiə Nazirliyibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müdafiə nazirinin əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçirib”.

7times.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib:

“Bununla belə bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb. Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb və onlar barəsində müvafiq tədbirlər görülüb”.