Dünya

“Türkiyə vasitəçiliyi ilə Qəzza sektorunda atəşkəs əldə edilib” – ƏRDOĞAN

“Türkiyə vasitəçiliyi ilə Qəzza sektorunda atəşkəs əldə edilib” – ƏRDOĞANbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şarm-əş-Şeyxdə keçirilmiş HƏMAS və İsrail arasında danışıqların nəticəsində Qəzza sektorunda atəşkəs əldə edilməsindən məmnunluğunu bildirib.

“7Times.az” xəbər verir ki, o, Türkiyənin bu prosessdə vasitəçilik rolunu vurğulayıb.

Ərdoğan ABŞ Prezidenti Donald Trampa təşəkkürünü çatdıraraq qeyd edib ki, o, İsrail hökumətini atəşkəsə razı salmaq üçün lazım olan siyasi iradəni göstərib. Eyni zamanda, Ərdoğan Qətər və Misiri də bu prosesdə verdikləri dəstəyə görə xüsusilə qeyd edib.

Türkiyə Prezidenti bildirib ki, ölkəsi atəşkəsin icrasını diqqətlə izləyəcək və prosesə töhfəsini verməyə davam edəcək. O, eyni zamanda, 1967-ci il sərhədlərində, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövləti yaradılana qədər Türkiyənin bu mübarizəni davam etdirəcəyini vurğulayıb.

Ərdoğan Fələstin xalqına müraciət edərək son iki il ərzində yaşadıqları böyük əzablar, itkilər və insanlıqdan kənar vəziyyətlərə baxmayaraq ləyaqətlərini qoruduqları üçün onlara dərin hörmətini bildirib. O, şəhid olmuş fələstinlilərin ruhuna rəhmət diləyib və qalanlarına səbr arzulayıb.