Dünya

Qəzzada atəşkəsin icrasına nəzarət qrupunda Türkiyə də yer alacaq

Qəzzada atəşkəsin icrasına nəzarət qrupunda Türkiyə də yer alacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəs razılaşmasının bütün maddələrinin icrasını diqqətlə izləyəcəyini deyib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan prosesdə Türkiyənin yaxından iştirak edəcəyini bildirib.

Bundan əlavə, Ərdoğan Qəzzanın bərpa işlərinə də dəstək göstərəcəyini vurğulayıb:

“Türkiyə olaraq İsrail-Hamas razılaşmasının yerinə yetirilməsinə yerlərdə nəzarət edəcək işçi qrupunda biz də iştirak edəcəyik. Qəzzanın dirçəlməsinə kömək etmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə yenidənqurma fəaliyyətlərini dəstəkləyəcəyik” – Ərdoğan əlavə edib.