Dünya

“Ərdoğan Rusiya-Ukrayna müharibəsinin həllinə kömək edə bilər” – Tramp

“Ərdoğan Rusiya-Ukrayna müharibəsinin həllinə kömək edə bilər” – Trampbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp hesab edir ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin həllinə kömək edə bilər.

“7Times.az” xəbər verir ki, o, bu mövqeyini oktyabrın 13-də Şarm əl-Şeyxdən Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərə açıqlamasında bildirib.

Türkiyə liderinin böhranın həllinə kömək edə bilərmi sualına Tramp belə cavab verib:

“Ərdoğan kömək edə bilər. Rusiyada ona hörmət edirlər, amma Ukrayna haqqında danışa bilmərəm. Rusiya prezidenti Vladimir Putin də ona hörmət edir və o, mənim dostumdur”, – Ağ Ev rəhbəri qeyd edib.