Ölkə

Asif Hüseynov daha bir rayon sakinini məhkəməyə verdi

Asif Hüseynov daha bir rayon sakinini məhkəməyə verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov daha bir sakin haqda rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edib.

“7Times.az” xəbər verir ki, icra başçısı rayon sakini Məmmədov Məhəmməd Əvəz oğlu barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə iddia qaldırıb.

Qeyd edək ki, Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ötən həftə  rayonun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və oğlu Vüsal Muradovun barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə iddia qaldırıb.

Başçını narazı salan isə kənd sakinlərinin mətbuat üzərindən ondan pullarını tələb etmələridir.

Şabran rayon Uzunboyad kənd sakini Vüsal Muradov mətbuata müraciət edərək Şabran rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun onlara olan borcu ödəməməsindən şikayətləniblər.

Kənd sakini iddia edir ki, anası Səbirə Vəliyeva 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satsa da, pulunu ala bilməyib.