Dünya

Tehran Ermənistanın İrana qarşı qüvvələrin mərkəzinə çevrildiyi qənaətindədir

Tehran Ermənistanın İrana qarşı qüvvələrin mərkəzinə çevrildiyi qənaətindədirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan İrana qarşı düşmən münasibət göstərən qüvvələrin fəaliyyət mərkəzinə çevrilə bilər.

“Report”un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın İrəvandakı səfiri Xəlil Şirqolami bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Tehranda belə təəssürat formalaşır ki, Ermənistan İrana qarşı yönəlmiş qüvvələrin fəaliyyət mərkəzinə çevrilir”, – diplomat qeyd edib.

Səfir vurğulayıb ki, bir çoxları İranda qeyri-sabitlik, eləcə də ölkənin destabilizasiyası və parçalanması məqsədilə separatçı qüvvələrin aktivləşməsini gözləyirdi.

Onun fikrincə, belə bir hal baş verərsə, Ermənistan məğlublar sırasında olacaq.

X.Şirqolami əlavə edib ki, altı gündür bir qrup şəxs İrəvandakı səfirlik qarşısında ədəbsiz və təhqiredici ifadələrlə müşayiət olunan aksiyalar keçirir.

“Biz dəfələrlə Ermənistandakı müvafiq qurumlara şikayətimizi bildirmişik. Lakin piket iştirakçıları cəzasız qalırlar. Ən çətin zamanlarda biz Ermənistan xalqı və hökumətinin yanında olmuşuq. Bunun nümunələri çoxdur. Bu gün biz çətin vəziyyətdəyik. İranın Ermənistandakı səfirliyi qarşısında baş verən hadisələr xalqımızın tarixi yaddaşında qalacaq”, – diplomat vurğulayıb.