Ölkə

Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatı bayramınızı təbrik edir

Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatı bayramınızı təbrik edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hörmətli vətəndaşlar!

Sizi xalqımızın qədim ənənələrini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı, həmçinin birlik, mərhəmət və mənəvi saflıq rəmzi olan müqəddəs Ramazan ayı münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Novruz bayramı təbiətin oyanışını, yeniliyi, ümid və bərəkəti müjdələdiyi kimi, Ramazan ayı da insanları xeyirxahlığa, paylaşmağa və mənəvi kamilliyə səsləyir. Bu əziz günlərin hər birinizin ailəsinə sevinc, ruzi-bərəkət, cansağlığı və firavanlıq gətirməsini arzulayırıq.

Qoy bu mübarək bayramlar ölkəmizə sülh, əmin-amanlıq və daha böyük uğurlar bəxş etsin!

Bayramlarınız mübarək!