Ölkə

Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” 11 avqust 2016-cı il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, kollegiya üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb və aşağıdakı kimi təsdiq edilib:

Kollegiyanın sədri

– maliyyə naziri

Kollegiyanın üzvləri

– maliyyə nazirinin I müavini

– maliyyə nazirinin müavinləri

– Naxçıvan Muxtar Respublikasının maliyyə naziri

– Maliyyə Nazirliyi Aparatının rəhbəri

– Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri

– Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi

– Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru

– Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

– Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru.