Dünya

“Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir” – Paşinyan

“Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir” – Paşinyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa standartlarına uyğunluğun ölkəsi üçün prioritet vəzifə olduğunu bəyan edib.

“7Times.az” xəbər verir ki, o, bunu İrəvanda keçirilmiş Ermənistan-Aİ sammitinin yekunları üzrə Aİ Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə bəyanatla çıxışı zamanı edərkən bildirib.

“Məqsədimiz Ermənistanın Avropa İttifaqının standartlarına mümkün qədər tez uyğun olmasına nail olmaqdır. Mən bunu əvvəllər də demişəm və yenidən vurğulamaq istəyirəm”, – Paşinyan deyib və bunun Ermənistan üçün əsas vəzifə olduğunu vurğulayıb.

O bir daha qeyd edib ki, İrəvan Avropa İttifaqına üzv ola bilməsə belə, ölkə əlverişli mövqedə olacaq, çünki Avropa standartlarına cavab verəcək.

Report