Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd bələdiyyəsi tərəfindən bələdiyyə ərazisinə daxil olan bir sıra kəndlərdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Belə ki, Mükür, Müşfiq, Əhmədoba, Hacıəhmədoba, Qaracəli və Hacıqazma kəndlərində mərkəzi yollar və küçələrdə hamarlama, çınqıllama işləri həyata keçirilir. Görülən işlərin kənddaxili nəqliyyatın hərəkətinə və sakinlərin gediş-gəlişinə müsbət təsir göstərəcəyi bildirilir.
Məlumata görə, yaxın günlərdə bələdiyyə ərazisinə aid digər kəndlərdə də bu işlərin mərhələli şəkildə aparılması planlaşdırılır.



