Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatıb. Bu məbləğ ölkənin xarici dövlət borcundan təqribən 20 dəfə çoxdur.
7Times.az xəbər verir ki, bunu Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu il oktyabrın 1-nə Azərbaycanın ümumi dövlət borcu 23,9 milyard manat təşkil edib. Bu, illik ümumi daxili məhsulun 17,3 faizinə bərabərdir. Dövlət borcunun ÜDM-ə nisbəti ilin əvvəli ilə müqayisədə 2,8 faiz bəndi azalıb.
Borc portfelinin 16,2 milyard manatı və ya 67,9 faizi daxili, 7,7 milyard manatı və ya 32,1 faizi isə xarici dövlət borcunun payına düşüb. Xarici dövlət borcu dollar ifadəsində 4,5 milyard dollar olub.
Sahil Babayev Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətinə görə ən aşağı göstəriciyə malik ölkələrdən biri olduğunu, borcun məzənnə və xarici bazar risklərinə həssaslığının az olduğunu vurğulayıb.
Follow @7timesaz


