Dünya

Əraqçi: Onlar İranın necə qalib gəldiyini öyrənməyə çalışıblar

Əraqçi: Onlar İranın necə qalib gəldiyini öyrənməyə çalışıblarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BRİKS çərçivəsində keçirilən bütün ikitərəfli görüşlərin əsas mövzusu mövcud vəziyyət və “İrana qarşı aparılan qanunsuz müharibə” olub. 

“7Times.az” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi SNN agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, tərəfdaş ölkələr İranın bu təzyiqlərə necə müqavimət göstərdiyini, münaqişədən necə qalib çıxdığını və regiondakı proseslərin gələcək inkişafını öyrənməyə çalışıblar. Bu barədə Əraqçinin Teleqram kanalındakı mətbuat xidməti məlumat yayıb.

Əraqçi vurğulayıb ki, hazırda İran ən böyük güclərə qarşı durmağı bacaran regional dövlət kimi qəbul edilir. “Bu müharibədən sonra regional vəziyyətə yenidən baxmaq və yeni reallıqları nəzərə almaq zəruridir. Bu münaqişə İranın statusunu daha da möhkəmləndirərək bir dönüş nöqtəsinə çevrildi”, — deyə nazir qeyd edib.

O, həmçinin bəyan edib ki, Birləşmiş Ərəb Əmirlikləri münaqişə zamanı ABŞ və İsraili dəstəkləyərək, İrana qarşı əməliyyatlar üçün öz hərbi bazalarını, hava məkanını və infrastrukturunu onların ixtiyarına verib. “Buna baxmayaraq, İran yalnız Əmirliklərin ərazisində yerləşən Amerika obyektlərini hədəf alıb və biz bunun səbəblərini beynəlxalq birliyə izah etmişik”, — deyə Əraqçi bildirib.

Nazir əlavə edib ki, Əmirliklərin nümayəndəsinə mühüm bir həqiqəti dərk etmək tövsiyə olunub: İsrail və ABŞ onların təhlükəsizliyinə zəmanət verə bilməz. “İran və Əmirliklər qonşu dövlətlərdir. Onlar yanaşı yaşamalı və təhlükəsizliyi kənar qüvvələrə güvənərək deyil, regional əməkdaşlıq vasitəsilə təmin etməlidirlər”, — deyə o vurğulayıb.

“AzPolitika.info”