Ölkə

Xudat CİTYFA futbol mövsümünə qələbə ilə başladı – FOTOLAR

Xudat CİTYFA futbol mövsümünə qələbə ilə başladı – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün AFFA-nın 2026–2027-ci illər mövsümü üçün təşkil etdiyi futbol yarışlarının ilk oyunları keçirilib. Hər il keçirilən Region Liqasına maraq bu il bir az da artıb. Belə ki, yeni mövsümdə liqa 8 regional federasiyanın 36 şəhər və rayonunu əhatə edəcək. Yarışda ümumilikdə 73 komanda mübarizə aparacaq və oyunların 39 stadionda keçirilməsi nəzərdə tutulub.

Xudat CİTYFA (Bələdiyyə) -nın komandaları ilk oyunlarına ev sahibi kimi başlayıb. İlk oyun Region Liqasının B qrupunda mübarizə aparan böyüklərdən ibarət komandamızla başlayıb. Qusarın Mucuqoba stadionunda baş tutan oyunda Xudat CİTY komandası Bakının Qobu FK komandasını 4-1 hesabı ilə məğlub edib. Oyundan öncə hər iki komandanın futbolçuları Şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Oyun ərzində qolları İlham Yaralıyev, Şirinbəy Süleymanov və İbadulla Zaidov vurub. Qeyd edək ki, komandanın baş məşqçisi Əli Lednyovdur.

Eyni gündə keçirilən digər oyunumuz isə U-16 komandamızın qələbəsi ilə bitib. AFFA-nın təşkil etdiyi yarışlarda komandamız D qrupunda mübarizə aparır. İlk oyunumuzu Qusarın Şirvanlı kənd stadionunda keçirməli olduq. Bakının Naxçıvan FK komandasını qəbul edən U-16-mız rəqib qapısına üç dəfə yol tapa bilib. Qolları oyun ərzində Abbas Ələkbərov və Əhmədli Bəylər vurub. Və yekun hesab 3-1 Xudatın qələbəsi ilə bitib. Qeyd edək ki, U-16 komandamız qrupda ölkənin tanınmış komandaları ilə mübarizə aparacaq. Komandanın baş məşqçisi Pərvin Çərkəzovdur.

Məlumat üçün bildirək ki, Xudat CİTYFA (Bələdiyyə) qarşısına qoyduğu əsas məqsədlər Xudatda uşaq futbolunun inkişafı, stadion təminatının yaxşılaşdırılması və futbola həvəsi olan uşaqların kəşf edilməsidir.Bu il akademiya çempionatlarda ümumilikdə 4- yaş qrupu ilə təmsil olunur.U-13,U-14,U-16 və region ligası komandası.U-14 komandasının məşqçiləri Əli Lednyov və Mehran Vəlixanovdur!

Xudat CİTYFA -nın mətbuat xidmətinin rəhbəri Rəşad Ağaşirinov!