Ölkə

​Zəfər tariximizin şanlı zirvəsi: 8 Noyabr – Zəfər Bayramınız mübarək!

​Zəfər tariximizin şanlı zirvəsi: 8 Noyabr – Zəfər Bayramınız mübarək!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatı adından sizi xalqımızın şanlı və qürur mənbəyi olan 8 Noyabr – Zəfər Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik!

​Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi, dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun igidliyi sayəsində əldə olunan bu tarixi Qələbə müasir dövlətçilik tariximizin ən parlaq səhifəsidir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər xalqımızın milli birliyini, bütövlüyünü və əyilməz ruhunu bütün dünyaya nümayiş etdirdi.

​Bu əziz gündə torpaqlarımızın azadlığı uğrunda canından keçən azadlıq mücahidlərini – azadlıq dastanımızın qəhrəman Şəhidlərini dərin ehtiramla yad edir, onların əziz xatirəsi qarşısında baş əyirik. Qazilərimizə möhkəm cansağlığı, şəhid ailələrinə isə səbir və dözüm diləyirik.
​Zəfəriniz və Zəfər Bayramınız mübarək olsun!

Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatı