Quba bələdiyyəsi hər birinizi Azərbaycan tarixinin ən parlaq və qürurlu səhifəsi olan 8 Noyabr – Zəfər Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik.
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun gücü ilə əldə olunan bu tarixi Qələbə xalqımızın çoxəsrlik tarixində yeni bir erasının başlanğıcı oldu. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər xalqımızın əyilməz ruhunu, milli birliyini və qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi.
Tarixi ədalətin bərpa olunduğu bu əziz gündə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Mədəniyyət və incəsənət nümayəndələrimiz hər zaman bu şanlı qələbəni və qəhrəmanlıq tarixini yaşatmaqdan, təbliğ etməkdən qürur duyur.
Zəfər bayramınız mübarək olsun!
Quba bələdiyyəsi
Follow @7timesaz


