Qətər sahillərində neft tankerinə hücum edilib.
7Times.az xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları (UKMTO) məlumat yayıb.
Bildirilib ki, tanker iki naməlum obyektlə hədəfə alınıb.
Gəmi heyətinin vəziyyəti, dəyən maddi ziyan və ətraf mühitə mümkün təsirlərin olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Hazırda UKMTO məsələ ilə bağlı araşdırma aparır.
Follow @7timesaz


