Dünya

Rubio Livanda gərginliyin azaldılmasının şərtlərini açıqlayıb

Rubio Livanda gərginliyin azaldılmasının şərtlərini açıqlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Marko Rubio Livan prezidenti Cozef Aun ilə telefon danışığı zamanı Vaşinqtonun gərginliyi azaltmaq üçün “Hizbullah”ın İsrailə hücumlarını dayandırmalı olduğunu deyib.

7Times.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Tommi Piqotun yazılı açıqlamasında bildirilir.

Onun sözlərinə görə, Rubio Livan hökumətinin “Hizbullah”ın Livan xalqının zərərinə danışıqları pozmaq üçün davamlı cəhdlərinə baxmayaraq, İsraillə birbaşa danışıqlar aparmaq istəyini müsbət qiymətləndirib.

“O, “Hizbullah”ın davam edən döyüşlərə görə tam məsuliyyət daşıdığını təkrarladı və gərginliyin azaldılmasının “Hizbullah”ın hücumlarına və təxribatlarına dərhal son qoyulmasını tələb etdiyini vurğuladı”, – Piqot əlavə edib.

APA