Dünya

“Səhvlər olur” – Tramp Minab faciəsindən danışdı

“Səhvlər olur” – Tramp Minab faciəsindən danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən G7 sammiti çərçivəsində İranın Minab şəhərindəki ibtidai qızlar məktəbinə endirilmiş zərbə ilə bağlı suallara cavab verib.

Tramp “müharibənin ilk günüdən yüzdən çox uşağın ölümünə səbəb olan məktəbə hücuma görə administrasiyanızda hər hansı bir şəxsi məsuliyyətə cəlb edəcəksiniz?”, – sualına cavab olaraq deyib:

“Bunu heç kim qəsdən etməyib. Səhvlər olur. Müharibə çirkli bir işdir, lakin mən bilirəm ki, təhqiqat aparılır və mən hesabatı sizə elə sabah təqdim edə bilərəm. Yaxud bu sualı Pentaqonun rəhbəri Pit Heqsetə ünvanlayardım, çünki təhqiqatı onlar aparırlar”.

Qeyd edək ki, ABŞ-nin İrandakı qızlar məktəbinə zərbəsi nəticəsində 168-i şagird olmaqla ümumilikdə 175 nəfər həlak olmuşdu.