Siyasət

Deputatlar üçün yeni and mətnini açıqladı

Deputatlar üçün yeni and mətnini açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin sədri səlahiyyətlərini icra edən Alen Simonyan deputatlar üçün təklif olunan yeni and mətnini paylaşıb.

7Times.az xəbər verir ki, Simonyanın sözlərinə görə, yaxın vaxtlarda səsverməyə çıxarılacaq yeni mətn belədir:

“Ermənistan Respublikasının davamlılığı, müstəqilliyi, suverenliyi və güclənməsi naminə and içirəm ki, xalqın nümayəndəsi kimi vəzifələrimi vicdanla yerinə yetirəcək, Ermənistan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcək, Ermənistan dövlətçiliyinin möhkəmləndirilməsinə və onun maraqlarının qorunmasına töhfə verəcək, vətəndaş həmrəyliyi, Ermənistan Respublikası vətəndaşlarının təhlükəsizliyi və rifahı, insan hüquq və azadlıqlarının müdafiəsi naminə əlimdən gələni edəcəyəm. Şəhidlərə eşq olsun və yaşasın Ermənistan Respublikası!”

Qeyd edək ki, yeni and mətninin yaxın vaxtlarda Ermənistan parlamentində səsverməyə çıxarılması nəzərdə tutulur.