Dünya

BMT Qərbi Azərbaycan İcmasının 11 sənədini yayıb

BMT Qərbi Azərbaycan İcmasının 11 sənədini yayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Azərbaycan İcması olaraq, bizim əsas hədəflərimizdən biri də Qərbi Azərbaycan həqiqətlərinə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində fəaliyyətin gücləndirilməsidir.

7Times.az xəbər verir ki, bu barədə Beynəlxalq Qaçqınlar Gününə həsr olunmuş “Qərbi Azərbaycana Qayıdış: Tarixi Ədalətin Bərpası və İnsan Hüquqları” adlı tədbirdə çıxışı zamanı deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib.

Onun sözlərinə görə, bu günə qədər İcma tərəfindən müxtəlif beynəlxalq təşkilatlara və onların rəhbərlərinə ümumilikdə 120 məktub ünvanlanıb:

“İcmanın 11 sənədi BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri qismində bütün ölkələr arasında yayılıb. İcma tərəfindən Ermənistanın və beynəlxalq təşkilatların həqiqətləri təhrif edən qərəzli hesabatları və qətnamələri ilə bağlı ümumilikdə 345 bəyanat yayılıb. Azərbaycana səfər edən xarici nümayəndələrlə və ölkəmizdə fəaliyyət göstərən nüfuzlu xarici diplomatlarla İcma nümayəndələrinin ümumilikdə 78 görüşü olub. Milli Məclisin müxtəlif komitələri tərəfindən Qərbi Azərbaycan məsələsi ilə bağlı 6 ictimai dinləmə keçirilib.

Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, TürkPA, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası Qərbi Azərbaycan məsələsi ilə bağlı qətnamələr qəbul etmiş və İcmamızın qayıdış hüququnu dəstəkləyiblər.

İcmanın təmsilçiləri Türkiyədə, İspaniyada, Niderlandda, Almaniyada, Belçikada, Polşada, Macarıstanda, Qazaxıstanda, Özbəkistanda, Mərakeşdə, Avstriyada, İordaniyada keçirilən tədbirlərdə iştirak ediblər.
Bununla belə, bu il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşlər, Azərbaycanla Ermənistan arasında bağlanacaq Sülh sazişinin paraflanması, Azərbaycan dövlət başçısı ilə Ermənistan baş nazirinin birgə Bəyannaməsi, nəhayət, bölgəyə sülhün gəlməsinə inamı artırıb”.

Ə.Ələkbərli İcmanın  hər iki dövlət başçısının dialoq səylərini alqışladığını və bu danışıqlara Qərbi Azərbaycan qaçqınlarının öz doğma ocaqlarına qayıdışına açılan qapı kimi baxdıqlarını söyləyib:

“Çünki bağlanacaq hər hansı sazişin dayanıqlığı bu iki xalqın – erməni və azərbaycanlıların birgəyaşayışına bağlıdır, birgəyaşayışın yeganə yolu isə hər bir insanın doğulub boya-başa çatdığı ərazilərə qayıdış hüququnun tanınmasından və təmin edilməsindən keçir. Əlbəttə, Ermənistan tərəfin narahatlığını da başa düşürük, yüzillər boyu xalqımıza qarşı etdikləri cinayətlərin haqq-hesabının bir gün onlardan soruşulacağından qorxurlar. Lakin möhtərəm Prezidentimz İlham Əliyev Milli Elmlər Akademiyasının yubileyindəki tarixi çıxışında bildirdi ki, soydaşlarımızın geriyə qayıdışı erməniləri qorxutmamalıdır. Və bu qayıdışın bütün detalları ideya müəllifi möhtərəm Prezidentimiz olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapıb. Biz sülh yolu ilə və ləyaqətli şəkildə, bütün hüquqlarımız bərpa olunmaq şərtilə, qonaq kimi yox, ev sahibi kimi öz evlərimizə geriyə qayıtmaq istəyirik və qayıdacağıq”.