Ölkə

Elnur Rzayev Yergüc kəndində səyyar qəbul keçirib – FOTOLAR

Elnur Rzayev Yergüc kəndində səyyar qəbul keçirib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Yergüc kəndində növbəti səyyar qəbul keçirib. Qəbulda Xaçmaz rayon prokuroru Rəşad Məmmədov, Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Samir Məcidov, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdə Yergüc İnzibati Ərazi Dairəsinə daxil olan Yergüc, Sərkərli, Armudpadar, Padar, Üçgünqışlaq və Üryanoba kəndlərinin sakinləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Onlar həmçinin məktəb binasının təmiri, su təchizatının yaxşılaşdırılması, kanalların təmizlənməsi ilə bağlı təkliflərini və bir sıra fərdi müraciətlərini səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini diqqətlə dinləyib, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.
Qeyd edilib ki, bir çox müraciətlər yerindəcə həll olunub, digərləri isə nəzarətə götürülüb.