Dünya

“Gəlsin orada görüşək…” – Zelenskidən Putinə təklif

“Gəlsin orada görüşək…” – Zelenskidən Putinə təklifbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Friedrix Merz ilə telefon danışığında cəbhədəki vəziyyəti və Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələlərini müzakirə etdiyini bildirib.

Zelenskinin sözlərinə görə, danışıq zamanı əsas diqqət Ukraynanın istifadəsində olan Patriot sistemləri üçün əlavə raketlərin təmin edilməsinə yönəlib.

O, həmçinin Rusiyanın Donetsk vilayətindəki Konstantinovka şəhərini nəzarətə götürdüyü barədə yayılan məlumatları təkzib edərək bildirib ki, şəhər Ukrayna qüvvələrinin nəzarətindədir.

Zelenski bununla bağlı istehzalı şəkildə qeyd edib ki, əgər Vladimir Putin həqiqətən də Konstantinovkanın Rusiyanın nəzarətində olduğunu düşünürsə, o zaman həmin şəhərdə onunla görüşərək müharibənin başa çatdırılması üçün diplomatik həll yollarını müzakirə etməkdən çəkinməməlidir.

“İndi, Amerikanın Müstəqillik Günü ərəfəsində Putin cəbhədəki vəziyyətlə bağlı dünyaya və Amerika Prezidentinə yalan danışmaq qərarına gəlib. O, Rusiyanın Donbasda Konsantinovkanı ələ keçirdiyini iddia edir. Əlbəttə ki, bu, doğru deyil – bu, sadəcə bir növ xəbər yaratmaq üçün hazırlanmış daha bir Rusiya yalanıdır… Əgər Konstantinovka indi Rusiyanın nəzarəti altındadırsa, onda Putinin orada mənimlə görüşməkdə və müharibəyə son qoymaq üçün diplomatik həllər tapmaqda heç bir problemi olmayacaq. Amma o, yenə də cəbhəni keçməyəcək: həqiqət Putinin sözlərindən çox fərqlidir”, – deyə Zelenski vurğulayıb.

Zelenskidən öncə isə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalyov bəyan edib ki, Putinin Donetsk vilayətindəki Konstantinovkanın “ələ keçirilməsi” ilə bağlı açıqlaması həqiqətə uyğun deyil. Kovalyovun sözlərinə görə, şəhər Ukrayna Müdafiə Qüvvələrinin nəzarəti altındadır.