Ermənistanın sabiq prezidenti Serj Sarkisyana ölkədən çıxmamaq qətimkan tədbiri seçilib.
7Times.az xəbər verir ki, bu barədə Armenia Today-ə onun vəkili Amram Makinyan məlumat verib.
Məlumata görə, qətimkan tədbiri Ermənistanın sabiq prezidenti Robert Köçəryanla bağlı cinayət işi çərçivəsində seçilib.
Vəkilin sözlərinə görə, məhkəmənin qərarı əsaslandırılmayıb və motivləri göstərilməyib. Müdafiə tərəfi bu səbəbdən qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.
Follow @7timesaz


