Dünya

Elmir Ramazanovun qısa müddətli “uğur” sirri: Sahibkarları müflisləşdirən qanunsuz tələblər

Elmir Ramazanovun qısa müddətli “uğur” sirri: Sahibkarları müflisləşdirən qanunsuz tələblərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gömrük orqanları sahibkarların belini qırır.

​Bu barədə tanınmış jurnalist Samir Feyruzov öz məqaləsində qeyd edib.

​Jurnalist öz yazısında bildirir ki, ölkədə həm varlı, həm də kasıb təbəqə üçün sabaha ümid azalıb, mənəvi-hüquqi məsələlər arxa plana keçib. Sahibkarlar yüksək sosial xərclər, vergi və gömrük rüsumları, işçi maaşları ilə yanaşı, bəzi dövlət qurumlarının qanunsuz tələbləri səbəbindən ciddi maliyyə sıxıntıları yaşayır və müflisləşirlər.

​Jurnalist vurğulayır ki, Prezidentin sahibkarlara yaradılan süni əngəllərin aradan qaldırılması ilə bağlı dəfələrlə çağırışlar etməsinə baxmayaraq, bəzi dövlət qurumları, xüsusilə gömrük orqanları bu çağırışları görməzdən gəlir.

​Yazıda Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun fəaliyyəti də tənqid edilir və 2023-cü ildə bu vəzifəyə təyin olunduqdan sonra onun qısa müddət ərzində əldə etdiyi sərvətin araşdırılması tələb olunur. Qeyd edilir ki, yaratdığı problemlər və qanunsuz tələblər ucbatından yüzlərlə sahibkar zərər çəkib, biznesini bağlayıb, hətta ev-eşiyini sataraq ölkədən köçməyə məcbur qalıb.

​Müəllifin sözlərinə görə, Gömrük Komitəsi müxtəlif vasitəçilər vasitəsilə medianın bir hissəsini nəzarətə aldığı üçün gömrük sahəsindəki problemlər lazımi səviyyədə ictimailəşmir. Sahibkarların şikayət etməsi gömrük orqanlarının aqressiyasını artırır və nəticədə biznes subyektləri qanunsuz tələblərlə razılaşmalı olurlar ki, bu da ölkə iqtisadiyyatına ağır zərbə vurur.

​Son olaraq yazıda bir paradoks xüsusi vurğulanır: dürüst işləyən və vergisini ödəyən sahibkarlar daim müxtəlif maneələrlə üzləşdiyi halda, qanunlara əməl etməyən və fırıldaq üsullardan istifadə edənlərin işləri daha rahat gedir.